Elza Seyidcahan intihar edən müğənni haqda: Niyə belə etdin ay Elvin? (FOTO)

27
dek
2015
12:26
Tanınmış müğənni, əməkdar artist Elza Seyidcahan "Azərbaycanın səsi” yarışmasının qalibi, gənc ifaçı Elvin Ordubadlının intihar hadisəsindən yazıb.
BAKU.WS-in məlumatına görə, Elza öz Instagram səhifəsindən mərhum müğənni ilə birgə fotosunu paylaşıb və şəkilin altına belə yazıb:
"Elvin? Niyə belə etdin ay elvin?Allah səni bağışlasın.. Yerin cənnətlik olsun".
Xatırladaq ki, "Azərbaycanın səsi” yarışmasının qalibi, gənc ifaçı Elvin Ordubadlı dekabrın 25-də intihar edib. E.Ordubadlı Elza Seyidcahanın tələbəsi olub. O, 2014-cü ildə ölkəmizi Tatarıstanda keçirilən "Türkvizyon”da təmsil etmişdi. Elvin "Devlerin yalnızlığı” mahnısı ilə yeddinci olmuşdu.
BAKU.WS

