Elza Seyidcahan etiraz aksiyası keçirdi (FOTO, VİDEO)
Əməkdar artist Elza Seyidcahan Bayraq Günündə aksiya keçirib.
BAKU.WS-in məlumatına görə, 1 noyabrda keçirilən parlament seçkilərində Siyəzən-Şabran dairəsindən namizədliyini irəli sürmüş xanım müğənni seçkilərin nəticələri ilə razı qalmadığı üçün kampaniyaya başlayıb.
Əhaliyə Bayraq Günü ilə bağlı kağız paylayan müğənni polisin nəzarətində şəhərdə fəaliyyətini davam etdirib. Siyəzən-Şabran dairəsindən deputat seçilən Tahir Süleymanovun nümayəndəsi Etibar Heydərov isə aksiya keçirdiyi üçün Elza Seyidcahana mane olmağa çalışıb.
Müğənni ilə deputat nümayəndəsi arasında kiçik bir mübahisə yaşanıb. Ancaq buna baxmayaraq Elza aksiyasına davam edib.
BAKU.WS
Oxşar xəbərlər
“YAP Elzanı cəzalandıracaq, o bizi dəhşətə gətirib”
Bəstəkar, müğənni Elza Seyidcahana hücum olunub. Bu barədə mətbuata açıqlama verən sənətçi bildirib ki, onu qadına yaraşmayan sözlərlə təhqirlər edir, təzyiqlər...