Elza Seyidcahanın namizədliyi qeydə alındı

Elza Seyidcahanın namizədliyi qeydə alındı
Siyasət 1296

 

Müğənni Elza Seyidcahanın namizədliyi qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. MSK Elza Seyidcahanın namizədliyinin 54 saylı Şabran Siyəzən DSK tərəfindən qeydə alınmaması barədə şikayətini əsaslı sayıb. Nəticə etibarı ilə E. Seyidcahanın namizədliyi qeydə alınıb. 

ŞAHİN Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Üzeyir Cəfərovun namizədliyi qeydə alınıb (FOTO)

Üzeyir Cəfərovun namizədliyi qeydə alınıb (FOTO)

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınıb. Bu barədə peşəkar hərbçinin özü BAKU.WS-ə məlumat verib....

1651 Siyasət 09:38 07 oktyabr 2015

Son xəbərlər