YAP-ın namizədləri qeydə alındı

YAP-ın namizədləri qeydə alındı
Hadisə 1023

Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. YAP-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb. Uğurla başa çatmış imzatoplama kanpaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alındı

Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alındı

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevanın deputatlığa...

1135 Siyasət 11:25 22 sentyabr 2015

Son xəbərlər