Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi – Canlı efirə gələ bilmədi (VİDEO)

Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi – Canlı efirə gələ bilmədi (VİDEO)
Video
Şou-biznes 2439
Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problemlər yaranıb.BAKU.WS-in məlumatına görə, xalq artisti bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyib:“Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqəli canlı efirə gələ bilmədim. Salamatçılıq olsun. Əsası odur. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona da qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub. Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Qrip mənə də keçib. O üzdən ikimizdə yataq rejimində müalicə götürmüşük”. Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. O, bir müddət öncə övladı barədə danışarkən bu sözləri demişdi: "Son iki ilimi oğlumun sağalmasına qurban verdim. Çox şükürlər olsun ki, böyük əziyyətlərdən sonra oğlum sağlamlığına qovuşdu. Həyatda hər şeyi qazanmaq olar, amma övladı heçnə əvəz etmir. Mən iki il müalicələrimə ara verdim. Bu da mənim səhhətimə ciddi təsir etdi. Onurğamda problem yaranıb. Onurğam iflicdi. Çox güclü stress yaşayıram. Valideynin övladının itkisi qorxusu ilə yaşaması cümlələrə sığmayacaq bir şeydir".BAKU.WS

Son xəbərlər