Vəziyyəti yenidən pisləşən Könül Xasıyeva danışdı: “Sabahdan xəstəxanaya yatırılacam” - VİDEO

Vəziyyəti yenidən pisləşən Könül Xasıyeva danışdı: “Sabahdan xəstəxanaya yatırılacam” - VİDEO
Video
Video 2878
“Kiminsə toyuna getmək sağalmaq demək deyil. Bu gün də ağrı kəsicilərlə harasa gedə bilərəm. 3 gündür çox narahatam”.Bu sözləri Xalq artisti, xanəndə Könül Xasıyeva ARB TV-nin “Günə son” proqramında deyib.Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, son vəziyyətindən danışıb.“Könül Kərimovanın qızının məclisindən sonra, internetdə rastlaşdım ki, mənim haqqımda xoş sözlər söyləmisiniz. Xəstəlikdi də Ülvira xanım. Bu da keçər. Dünən də təcili yardım gəldi. Dedilər ki, ürəyində heç nə yoxdur. Sinir ağrılarıdı”.Könül Xasıyeva, yenidən xəstəxanaya yatırılacağını bildirib:“Astmadan da əziyyər çəkirəm. Dünən həkimlə danışmışam. Yenidən müalicə götürəcəm. Sabahdan xəstəxanaya yatırılacam. Oynaq ağrıları, qollarım, ayaqlarım, güclü baş ağrıları və həyəcan, stress 3 gündür artıb. Heç ağrıkəsicilər çox vurmaq olmaz. Bacılarım yanımdadır. Əsas istəyim sağalıb və Kazımın yanında olmaqdır”.BAKU.WS

Son xəbərlər