Hacı Nuran canlı yayımda ağır xəstəlikdən əziyyət çəkən xalq artistinə yardım etdi (VİDEO)

Hacı Nuran canlı yayımda ağır xəstəlikdən əziyyət çəkən xalq artistinə yardım etdi (VİDEO)
Video
Şou-biznes 6171

"Həyat" Xeyriyyə Fondunun yaradıcısı Hacı Nuran xalq artisti Könül Xasıyevaya yardım edib.

BAKU.WS xəbər verir ki, "Həyat" fondu ağır xəstəlikdən əziyyət çəkən xalq artistinin müalicəsində ona dəstək olacaq. Bu barədə ATV-də yayımlanan "10-dan sonra" verilişində qonaq olan aparıcı Hacı Nuran bildirib. Onun sözlərinə görə, xalq artistinin müalicəsində ona yardımçı olmaq istəyənlər də "Həyat" fonduna müraciət edə bilərlər. Hacı Nuran bildirib ki, bunu *999-a zəng vurmaqla da etmək olar. Hacı Nuran ona sağalmasında çox insanın dəstək olduğunu buna görə də ehtiyacı olan insanlara hər zaman yardım edəcəyini əlavə edib.

Hacı Nuran verilişdə sözügedən fond vasitəsi ilə Könül Xasıyevaya 9 manatlıq yardım köçürüb.

Qeyd edək ki, Könül Xasıyeva ötən gün "10-dan sonra" verilişinin qonağı olub. O haqqından xərçəng xəstəsi olduğuna dair yayılan xəbərləri yalanlayıb. Xasıyeva, onur ğasının iflic olduğunu və astma xəstəliyindən əziyyət çəkdiyini söyləyib.

Aynur.Ə

BAKU.WS 

Oxşar xəbərlər

Hacı Nuran prezidentin bacısı oğlu ilə

Hacı Nuran prezidentin bacısı oğlu ilə

Tele-aparıcı Hacı Nuran Instagram-da yeni foto paylaşıb. BAKU.WS-in məlumatına görə, Hacı Nuran prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əli...

5020 Şou-biznes 13:15 16 mart 2017

Son xəbərlər