Hacı Nuran evlənmək istəyir - FOTO
Almaniyada müalicə alan aparıcı Hacı Nuran bayram ərəfəsində bir neçə günlük Bakıya qayıdıb.
BAKU.WS BiG.AZ-a istinadən xəbər verir ki, Hacı Nuran dietoloq Tutu Zeynalovanın Xəzər FM-də yayımlanan "Sən demə" verilişində qonaq olub. Səmimi söhbət zamanı H. Nuran Tutu Zeynalovaya icazə verib ki, efirdə şəxsi nömrəsini bildirsin. Tamaşaçı istəyini, onun üçün dua edən insanların xahişini nəzərə alan Hacı Nuran nömrəsinin efirdə səslənməsində problem olmadığını bildirib. Hacı Nuran "Sən demə" verilişində maraqlı etirafı ilə diqqət çəkib. O bildirib ki, sağalandan sonra evlilik barədə düşünür: "İnşallah Tutu xanım dostlarımızı mənim xeyir işimə yığarsınız. Ailə quranda bütün məni sevənlər orada olacaq".
Qeyd edək ki, aparıcı uzun illərdir xərçəngdən əziyyət çəkir və müalicəsi ilə bağlı Almaniyada qalır.
BAKU.WS
Oxşar xəbərlər
Hacı Nuran evə qayıtdı - FOTO
Azərbaycanın tanınmış aparıcısı Hacı Nuran Hüseynov Novruz bayramını qeyd etmək və bir sıra tədbirlərdə iştirak etmək üçün müvəqqəti olaraq Bakıya qayıdıb. BAK...