Hacı Nurandan yeni xəbər var

Hacı Nurandan yeni xəbər var
Şou-biznes 2941

 

Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynovdan yeni xəbər var.

BAKU.WS məlumat verir ki, aparıcı "Hər şey daxil” verilişinə zəng edərək proqramda qonaq olan dostu, müğənni Röya Ayxanla danışıb. Ötən həftə əməliyyat olunan Hacı Nuran səhhəti haqqında məlumat da verib:

"Birinci əməliyyat bitib. İndi yaxşıyam. Bir həftədən sonra növbəti əməliyyat olacaq. Ümumilikdə, bir neçə əməliyyat keçirməliyəm". 

R.Ayxan isə "Elə bil həyat yoldaşımsan. Hamı səni məndən soruşur. Mesaj yazıram, cavab vermirsən. Bakıya tez qayıt” deyə, cavab verib.

Qeyd edək ki, Hacı Nuran artıq neçə müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aparıcı ilik transplantasiyası olunması üçün Almaniyaya gedib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 3 minə yaxın insan qan verib

Azərbaycanda 3 minə yaxın insan qan verib

Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyası keçirilir. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə. Bu gün ümumilikdə 2358 nəfər qan verib. Ü...

939 Şou-biznes 12:35 24 oktyabr 2015

Son xəbərlər