Elməddin Cəfərov Hacı oldu

Elməddin Cəfərov Hacı oldu
Şou-biznes 2369

Tanınmış aktyor Elməddin Cəfərov son vaxtlar efirlərdə görünmür. Heç kütləvi informasiya vasitələrində də onun barədə məlumatlar yazılmır. Sevimli aktyor barədə məlumat almaq üçün onunla əlaqə yaratdıq. Elməddin Cəfərov BAKU.WS-ə açıqlamasında bildirib ki, Məkkəyə ziyarətə getdiyi üçün bir az efirlərdə görünməyib: "Həcc ziyarətindəydim. Ziyarəti başa vurub, yenicə qayıtmışam”.

Komediya ustası ziyarət zamanı baş verən faciələrdən də danışdı: "Çox böyük faciə oldu. Bəzi anları gözümüzlə gördük. Həmin anları sözlə ifadə etmək mümkün deyil. Allah ölənlərə rəhmət eləsin”. "Elməddin Cəfərova bundan sonra Hacı Elməddin deyə bilərikmi?” sualına aktyor belə cavab verdi: "Əlbəttə, bundan sonra Hacı Elməddin deyə bilərsiz”. Aktyor "Hacı” titulundan çox məmnun olduğunu bildirib: "Əlbəttə sevinirəm. Allah arzusunda olan hər kəsə bu ziyarəti qismət eləsin”. Elməddin Cəfərov "Hacı” titulunu qazandıqdan sonra da əvvəlki obrazları canlandırmağa davam edəcəyini vurğuladı: "Rollarımın arasında "Hacı” adına xələl gətirə biləcək xarakter yoxdur. Həmişə necə olmuşam, bundan sonra da elə görünəcəyəm”. Aktyor hazırda 3 layihə üzərində çalışdığını bildirdi: "Hələlik bir yenilik yoxdur. Hazırda "Qardaşlar”, "Bacanaqlar” və "Qız atası” seriallarının çəkilişləri gedir”. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Hacı Nuran Bakıya qayıtdı (FOTO)

Hacı Nuran Bakıya qayıtdı (FOTO)

Müğənni Röya Ayxan uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynovla fotolarını paylaşıb. BAKU.WS-i...

3639 Şou-biznes 14:54 29 sentyabr 2015

Son xəbərlər