Hacı Nuran evə qayıtdı - FOTO
Azərbaycanın tanınmış aparıcısı Hacı Nuran Hüseynov Novruz bayramını qeyd etmək və bir sıra tədbirlərdə iştirak etmək üçün müvəqqəti olaraq Bakıya qayıdıb.
BAKU.WS-in məlumatına görə, aparıcı Trend-ə verdiyi açıqlamasında bayrama görə evə qayıtdığını bildirib: "Şükür Allaha ki, yenə də evə qayıtdım, lakin yalnız bayrama görə. Sonra yenidən Almaniyaya gedəcəyəm. Səhhətim bir qədər yaxşılaşıb, lakin həkimlər daha yarım il ciddi müalicəyə ehtiyac olduğunu deyirlər. Mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm".
N.Hüseynov Bakıya səfərinin təşkilinə görə Gənclər və İdman naziri Azad Rəhimova minnətdarlığını bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Novruz bayramı günlərində metro, avtobus neçəyə qədər işləyəcək?
Martın 19-da Novruz bayramı münasibətilə dənizkənarı milli parkda keçiriləcək atəşfəşanlıqla əlaqədar Bakıda ictimai nəqliyyatın hərəkətində hər hansı bir dəyiş...