Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
İqtisadiyyat 228

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:

"Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi cariilki məbləğdən 14 manat artacaq. Artıq dörd ildir ehtiyac meyarı yaşayış minimumuna bərabərləşib və belə davam edir. Bu, yaxşı göstəricidir".

Qeyd edək ki, bundan əvvəl yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər