Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan

Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan
Hadisə 60

Füzulidə yeniyetmə qonşusunun tövləsini yandıraraq ona külli miqdarda ziyan vurub.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Qayıdış qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı Səbuhi Həsənov (şərti ad) gecəyarı həmkəndlisinin heyvanları üçün topladığı yonca bağlamalarına od vurub. Yanğın daha sonra tövləyə keçib.

Nəticədə tövlə, oradakı onlarla heyvan, yaxınlıqdakı su çənləri, eləcə də yük avtomobilinə məxsus mühərrik və sürətlər qutusu yanıb. Hadisə nəticəsində zərərçəkənə ümumilikdə 86 402 manat məbləğində ziyan dəyib.

İttiham aktına əsasən, Səbuhinin bu əməli törətməsinə səbəb atasının bir neçə il əvvəl zərərçəkənlə mübahisə etməsi olub. Bildirilir ki, yeniyetmə həmin mübahisəyə görə qonşusunun tövləsini qisas məqsədilə yandırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə araşdırması zamanı Səbuhinin yetkinlik yaşına çatmaması, həmçinin yanğın zamanı tövlənin qapısını açaraq heyvanları xilas etməsi yüngülləşdirici hallar kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə S.Həsənov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzanın 2 il sınaq müddəti ilə tətbiq olunduğu bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb

Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər...

10 Hadisə 08:03 29 oktyabr 2026

Son xəbərlər