Hacı Zülfüqar azərbaycanlıların İranda təhqir olunması ilə bağlı suala niyə cavab vermək istəmədi?
İranda azərbaycanlıların təhqir edilməsilə bağlı etiraz keçirilib. Cənubi azərbaycanlılar İranın Urmiya, Ərdəbil, Təbrik, Tehran şəhərlərində küçələrə axışıblar. Bu məsələ ilə bağlı bəs Azərbaycanda nə düşünürlər.
Cəmiyyətdə iranpərəst mövqey tutmaları ilə tanınan Hacı Taleh və Hacı Zülfüqarın məsələyə münasibəti maraqlıdır. Bunun üçün Hacı Zülfüqarla əlaqə saxladıq.
Hacı Zülfüqar BAKU.WS-ə bildirdi ki, insanların təhqir olunması yaxşı hal deyil.
"Kiminsə təhqir edilməsinə bizim nə dinimiz, nə də vicdanımız yol verməz. O ki qaldı bir xalqın, millətin. Əgər din bir şəxsin təhqir edilməsinə icazə vermirsə, o zaman xalqın təhqir edilməsi bəyənilməyən bir məsələdir. Dinimiz kimisə təhqir etməyi qəbul etmir”, - deyə Hacı Zülfüqar fikirlərini bildirdi.
Lakin sonradan hansısa səbəbə görə Hacı Zülfüqar yenidən bizimlə əlaqə saxladı və fikirlərinin işıqlandırılmamasını istədi.
Biz də öz növbəmizdə Hacı Zülfüqara bildirdi ki, onunla danışarkən jurnalist olduğumuzu demişik. Danışıqlarımız qeydə alınıb.
Qeyd edək ki, İRİB TV-2 kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişində İranın azərbaycan dilli əhalisinə qarşı səslənən təhqiramiz sözlərə etiraz olaraq ilk öncə Urmiyada tələbələr aksiya keçiriblər. Əsasən İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan Oyan News səhifəsinin verdiyi məlumatda deyilir ki, tələbələr Urmiya universitetinin binasının qarşısında toplaşaraq "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıdan cənublu soydaşlarımıza dəstək (FOTO)
Bakıda İran səfirliyinin qarşısında bir qrup şəxs aksiya edib. İranın dövlət telekanalında yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsinə etiraz davam...