Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniyaya başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyirik.
İordaniya ilə həmrəyliyimizi ifadə edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, dünən İordaniyanın Əl-Kərak əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu baş verib. Nəticədə 6 nəfər ölüb, 28 nəfər yaralanıb.
Oxşar xəbərlər
Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin 30 illiyi tamamlanır. Bu müddət ərzində qarşılıqlı münasibətlərdə müəyyən dalğalanmaların yaşanmasına bax...