Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb

Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb
Digər 32

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa prosesinə dini abidələrin bərpasından başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Azərbaycan ərazilərdəki bütün dini abidələrin mənsubiyyətindən asılı olmayaraq bərpasına həssaslıqla yanaşır.

Ramin Məmmədovun sözlərinə görə, dini irsin qorunması və bərpası regionda sabitliyin, qarşılıqlı etimadın və dinc birgəyaşayışın gücləndirilməsinə töhfə verir.

Banu Hüseynli

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər