Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar"
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir.
BAKU.WS xəbər verir ki, bunu QMİ sədri Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində deyib.
O, bildirib ki, biz, xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq.
"Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdırlar. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir".
Banu Hüseynli
Oxşar xəbərlər
Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi?
Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təmina...