Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı (VİDEO)

Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı (VİDEO)
Video
Sosial 19452
Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva oğlunun ad günündə rəqs edib. BAKU.WS-in məlumatına görə, xanəndənin oğlunun ad günündə şou əhli iştirak edib. Bu barədə aparıcı Azər Süleymanlı məlumat verib. O, “İnstagram” səhifəsində xalq artisti ilə olan fotosunu paylaşıb. “Bu gün sənətkarımız balası Kazıma 10 yaş məclisi etdi. Vağzalı çaldırdı, boynuna şal saldı, barmağına üzük taxdı… Allah toyunu nəsib eləsin, əziz Könül xanım! Bir əliniz əsada olsa da, KÖNLÜNÜZ səmalarda süzürdü sevincdən. Sizi həmişə belə şad görək, KÖNÜLdən sevinən görək! Milli Dirçəliş Günü’nə təsadüf edən xoş gününüz həyatınızın yeni dirçəlişinə, bəxtəvər günlərinə təməl olsun!” – deyə aparıcı ürək sözlərini bildirib. İmanBAKU.WS

Son xəbərlər