Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın əsl halı - FOTO
"Azərbaycanın XALQ artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasiyevanı bu gün yoxlamağa getmişdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu".
BAKU.WS xəbər verir ki, bunu bunu tanınmış teleaparıcı və "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynov Facebook səhifəsində yazıb.
"İnanıram ki, Könül xanım tezliklə şəfa tapacaq. Çünki yeni "HƏYAT" fondumuz ona dəstəkdir. Biz isə sizin hər birinizə güvənirik. Bu yaxınlarda "HƏYAT" fondunun televiziya versiyasında ətraflı danışb sizli bizli gözəl sənətçimizə dəstək olacağıq. Kömək etmək istəyənlər istənilən mobil operatordan 999 nömrəsini yığmaqla, 0 düyməsini basmaqla 50 qəpik, başqa düymələri, məsələn 5 düyməsini basmaqla 5 manat, 9 düyməsini basmaqla 9 manat yardım edə biləcəklər. Yardımı həmçinin www.hayatfondu.az saytına baş vurub ordan da etmək mümkündür. Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin", - Hacı Nuran əlavə edib.
BAKU.WS
Oxşar xəbərlər
Hacı Nuran canlı yayımda ağır xəstəlikdən əziyyət çəkən xalq artistinə yardım etdi (VİDEO)
"Həyat" Xeyriyyə Fondunun yaradıcısı Hacı Nuran xalq artisti Könül Xasıyevaya yardım edib. BAKU.WS xəbər verir ki, "Həyat" fondu ağır xəstəlikdən əziyyət çəkən...