Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı: "Xəstəliyin acığına yaşadım" (VİDEO)

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı: Xəstəliyin acığına yaşadım (VİDEO)
Video
Sosial 9609

Bir vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova arxiv videosunu paylaşıb.

BAKU.WS xəbər verir ki, aparıcı videonu xərçəng xəstələrinə dəstək olmaq məqsədi ilə paylaşdığını bildirib. Videonu dünya xərçənglə mübarizə gününə həsr edən Qasımova xərçəng xəstələrinə şəfa diləyib.

"Bu videonu bütün xərçəng xəstələrini motivasiya etmək üçün təqdim edirəm. 6 il keçib artıq. Bu videoda 6 kimya terapiya keçmişdim. Arıqlayıb 47 kiloqram qalmışdım. Saçlarım qaşlarım tökülmüşdü. Amma bunlara baxmayaraq paltar tikdirdim ki, zövqlü görsənim. Saçıma da bandana vurdum ki, saçlarımın yoxluğu bilinməsin. Oynayırdım. Xəstəliyin acığına yaşadım. Hər birinizə şəfa diləyirəm. Həyat gözəldi".

 

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər