ABŞ-da yaşayan məşhur azərbaycanlı boksçu "Emil Baku" xərçəng xəstəliyinə tutulub

ABŞ-da yaşayan məşhur azərbaycanlı boksçu Emil Baku xərçəng xəstəliyinə tutulub
Hadisə 5216

 

Azərbaycanlı məşhur boksçu "Emil Baku" ağır xəstəliyə tutulub. 

BAKU.WS-in məlumatına görə, məşhur idmançı beyin şişi xəstəliyindən əziyyət çəkir. Həmyerlimiz boks dünyasında kifayət qədər tanınan idmançılardan biri olub. Uşaqlıqdan boksla məşğul olan Emil 90-cı illərdə ABŞ-da peşəkar idman karyerasını uğurla davam etdirib.

"Emil Baku" adı altında uğurlar qazanan həmyerlimiz indi beynində yaranan xərçənglə mübarizə aparır. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün bizim dəstəyimizə ehtiyacı var. Daim Azərbaycanı dünyaya tanıdan Emilin indi həmyerlilərinin dəstəyi nəticəsində yenidən öz səhhətinə qovuşa bilər.

Dəstək vermək üçün bu linkə daxil olmaq və Emilə maddi yardım etmək mümkündür. Maddi dəstək vermək imkanı olmayanlar isə həmyerlimizə mənəvi dəstək verə bilər. Bunun üçün bu xəbəri maksimum dərəcədə paylaşmaq və həmyerlimizin yanında olduğumuz göstərmək lazımdır. 

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər