3 yaşlı Yağmur bala üçün 1 manat aksiyası

3 yaşlı Yağmur bala üçün 1 manat aksiyası
Sosial 1951

 

3 yaşlı Yağmur bala üçün 1 manat aksiyasına başlanılıb.

BAKU.WS-in məlumatına görə, Yağmur beyin quruması xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin müalicəsi Türkiyədə mümkündür, ancaq ailəsinin onun Türkiyəyə aparmaq, müalicə etdirmək imkanı yoxdur. Beləcə bu gülüzlü uşaq hamının gözü qarşısına çiçək kimi solub getməyə məhkumdur. Azyaşlı şirin qız üçün hazırda 715 manat yığılıb. Daha 6 min 285 manat çatmır. 7 min insanın yardımı ilə bu körpənin həyatını xilas etmək olar. Bunun üçün cəmi 1 manatınızdan keçməyiniz kifayət edir.

Dənizdə itkin düşmüş neftçilərə duadan başqa köməyimiz yetmir. Amma Yağmurun həyatını xilas edə bilərik. Yağmura yardım etmək istəyənlər 055 655 62 12 və 070 220 98 61 telefon nömrəsi ilə əlaqə saxlaya bilər. 

BAKU.WS

Oxşar xəbərlər

Kreditini ödəyə bilməyənləri borcdan xilas edəcək xəbər

Kreditini ödəyə bilməyənləri borcdan xilas edəcək xəbər

"Bank, məhkəmə və icraçı vətəndaşın gəlirinin, yalnız onun və himayəsində olan şəxslərin yaşayış minimumundan artıq qalan hissəsindən pul tuta bilər. Çünki "İcr...

4620 İqtisadiyyat 14:38 09 dekabr 2015

Son xəbərlər