Kreditini ödəyə bilməyənləri borcdan xilas edəcək xəbər

Kreditini ödəyə bilməyənləri borcdan xilas edəcək xəbər
İqtisadiyyat 4620

 

"Bank, məhkəmə və icraçı vətəndaşın gəlirinin, yalnız onun və himayəsində olan şəxslərin yaşayış minimumundan artıq qalan hissəsindən pul tuta bilər. Çünki "İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Əkrəm Həsənov söyləyib. Mütəxəssis bildirir ki, yaşayış minimumu insanın aylıq zərurətini təmin edən məbləğdir. İnsan həmin məbləğlə təmin edilmirsə, nə etməlidir, acından ölməlidir?

"Yaşayış minimumu – statistik göstərici deyil! Qanunun tələbidir! Qanununun tələbinin isə hüquqi nəticəsi olmalıdır. Əks halda, bu, qanun deyil, bəyanatdır. Milli Məclis Qanun qəbul edib, Prezident onu imzalayıb. İndi Prezident və parlament deyirsə ki, vətəndaşa ayda ən azı bu qədər pul lazımdır, bankların xoşuna gəlsin deyə, biz əksinimi deyək? Bir çox ölkədə vətəndaşların müflisliyi haqda qanun var. Yəni, borcunu ödəyə bilməyən insan özünü müflis elan edir, borcunu qaytarmır və həyatını yaşamaqda davam edir. Məgər həmin insanın gəliri yoxdur? Əlbəttə, var, amma azdır. Buna görə humanist qanunverici onun bu gəlirinə dəymir ki, yaşa və ailəni dolandır. Bizdə təəssüf ki, belə qanun yoxdur. Amma xaricdə (özü də bankların xeyli inkişaf etdiyi və qorunan ölkələrdə) belə təcrübənin olması o deməkdir ki, vətəndaşın ağır vəziyyəti ucbatından bankın kreditinin batmasında qeyri-adi heç nə yoxdur", - deyə iqtisadçı vurğulayıb.

Mütəxəssisin fikrincə, vətəndaş yaşayış minimumunu əlindən alan banklardan Prezidentə və Milli Məclisə şikayət eməlidir. Çünki Qanunu onlar qəbul edib: "Əslində, "İcra haqqında” və "Yaşayış minimumu haqqında” Qanunlar bir-birinə zidd deyil. Qanunvericiliyi sistem şəklində tətbiq etmək lazımdır. Məsələn, tutaq ki, mən dediyim misalda (əvvəlki statusuma baxın) ailə başçısının əmək haqqı 1500 manatdır. Banka da 50000 borcu var. Yaşayış minumumu 526 manatdır. Bu o demək deyil ki, həmin məbləğdən yuxarı olan məbləği (974 manat) icraçı tam tuta bilər? Xeyr! "İcra haqqında” Qanuna əsasən cəmi 750 manat tuta bilər. Amma əmək haqqı 530 manatdırsa, 235 manat tutula bilməz. Çünki "İcra haqqında" Qanun pozulmasa da, "Yaşayış minimumu haqqında” Qanun pozulacaq. Buna görə də cəmi 4 manat tutulacaq".

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Banka borcu olanlara şad xəbər: Yeni ildən etibarən...

Banka borcu olanlara şad xəbər: Yeni ildən etibarən...

Yeni ildən qüvvəyə minəcək "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 m...

39729 Sosial 14:07 08 dekabr 2015

Son xəbərlər