Dövlət büdcəsi təsdiq olundu
Bu gün Milli Məclisin IV cağırışının son plenar iclasında 2016-cı ilin dövlət büdcəsi təsdiq olunub.
BAKU.WS-in məlumatına görə, millət vəkilləri büdcə layihəsini yüksak qiymətləndirib.Milli Məclisin plenar iclasında bu gün "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılıb.
Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində nəzərdə tutulur.
Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün dövlət büdcəsi ilə bağlı yekun qərar veriləcək
Milli Məclisinin bu gün keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. BAKU.WS-in məlumatına görə, gündəliyə 34 məsələ daxil edilib: 1....