Azərbaycanda 22 min müəllimin maaşı artırılacaq
07
okt
2015
20:00
2016-cı ildə Azərbaycanda orta təhsil müəssisələrinin 22 min müəlliminin əməkhaqları artırılacaq.
BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "2016-cı il üçün Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu, gələn ilin dövlət büdcəsində sosial ehtiyaclar üçün xərclərin azaldılmaması sayəsində mümkün olacaq.
H.Rəcəbli, həmçinin qeyd edib ki, gələn il 12 regionda müəllimlərin attestasiyası üzrə mərkəzlər yaradılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət büdcəsində 3 milyardlıq dəyişiklik
2015-ci ilin dövlət büdcəsində daxili borclanmanın həcminin artırılması təklif olunur. BAKU.WS-in "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, bununla bağlı...