Dövlət büdcəsində 3 milyardlıq dəyişiklik

Dövlət büdcəsində 3 milyardlıq dəyişiklik
İqtisadiyyat 1231

2015-ci ilin dövlət büdcəsində daxili borclanmanın həcminin artırılması təklif olunur.

BAKU.WS-in "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, bununla bağlı təklif qanunvericilik təşəbbüsü subyekti olan ölkə prezidenti tərəfindən Milli Məclisə daxil olub.

Bu haqda məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, büdcədə nəzərdə tutulan daxili borclanmanın həcminin 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılması təklif edilib:

"Bizdə daxili borclanma həddi 1,5 milyard nəzərdə tutulmuşdu. İndi isə onun üzərinə daha 3 milyard artırılması təklif olunub. Xarici borclanma isə olduğu kimi qalır”.

Qanun layihəsinə dəyişiklik qəbul edilib.

BAKU.WS

Oxşar xəbərlər

Əhalinin ev problemi Milli Məclisdə həll olunacaq

Əhalinin ev problemi Milli Məclisdə həll olunacaq

"Sosial Mənzil Fondu, ölkə əhalisinin mənzil təminatının yaxşılaşdırılması sahəsində alternativ imkanlardan biridir”. BAKU.WS məlumat verir ki, bunu "Vergilər”...

1521 İqtisadiyyat 11:04 17 sentyabr 2015

Son xəbərlər