Əhalinin ev problemi Milli Məclisdə həll olunacaq
"Sosial Mənzil Fondu, ölkə əhalisinin mənzil təminatının yaxşılaşdırılması sahəsində alternativ imkanlardan biridir”.
BAKU.WS məlumat verir ki, bunu "Vergilər” qəzetinə açıqlamasında millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə Sosial Mənzil Fondunun yaradılması Milli Məclisdə hökümətin hesabatı və və büdcə müzakirələri zamanı deputatlar tərəfindən təklif olunub. Hökümət qurumları tərəfindən bu layihələrin tətbiq olunması üzərində müvafiq işlər aparılır.
Musa Quliyev neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bəzi investisiya layihələrinin təxirə salınması ilə bağlı danışıb:
"Neftin qiymətinin aşağı düşməsi şübhəsiz, gəlirlərimizin azalmasına səbəb olacaq. Amma bu həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmayacaq. Heç bir halda sosial proqramlar məhdudlaşmayacaq. Çünki hazırda Azərbaycan iqtisadiyyatında artım templəri davam etməkdədir. Ölkəmizin mövcud maliyyə resursları və ən aşağı səviyyədə xarici borc əmsalına malik olması iqtisadi çətinliklərdən çıxmağa və sosial-iqtisadi inkişafı davam etdirməyə əsaslı zəmin yaradır.” – deyə millət vəkili bildirib.
Millət vəkili qeyd edib ki, insanların sosial həyat şəraitinin yaxşılaşdırılması və gələcək keyfiyyətli sosial yaşayışının təmin olunması sahəsində hökümət 40-dan çox Dövlət Proqramı qəbul edib və hazırda onların icrası ilə bağlı müvafiq layihə və tədbirlər planı yerinə yetirilir:
"Həmin sənədlər sırasında yoxsulluğun azaldılması, ünvanlı sosial yardımların verilməsi, məşğulluğun təmin edilməsi, əhalinin icbari dispanserizasiyası, sosial əhəmiyyətli xəstəliklərin ayrıca maliyyələşdirilməsi, xaricdə təhsil, deinstitutlaşma, aztəminatlı ailələrə dəstək, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və s. var”.
Musa Quliyev bildirib ki, dövlət öz maliyyə resusrlarını və büdcə gəlirlərini, ilk növbədə vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi və sosial sahədə mövcud olan digər problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlərin gücləndirilməsinə yönəldəcək.
Sosial ipoteka ilə bağlı da fikirlərini bildirən millət vəkili bu növ kreditlərin əhatəsinin genişləndirilməsinin dövlət başçısının diqqətində olduğunu vurğulayıb. M.Quliyev ipoteka imkanlarının genişləndirilməsi ilə bağlı maliyyə təminatının artırılması barədə sərəncam da verildiyini xatırladıb:
"Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı Mərkəzi Bank müvafiq hökümət qurumları ilə birgə çalışır. Təkliflər və rəylər nəzərdən keçirilir”.
BAKU.WS
Oxşar xəbərlər
Pensiyaçılara bayram müjdəsi
"Çalışacağıq ki, Qurban Bayramına qədər sentyabr ayının pensiyalarının bütünlüklə maliyyələşdirilməsini başa çatdıraq. Yəqin ki, buna da nail olacağıq". BAKU.W...