Prezident neftin qiymətinin ucuzlaşmasından danışdı

Prezident neftin qiymətinin ucuzlaşmasından danışdı
İqtisadiyyat 1295

"Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Əlbəttə, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Ancaq buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik".

BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq: "Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Bax biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək".

İlham Əliyev vurğulayıb ki, əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir: Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir sübhəm yoxdur".

Prezident əlavə edib ki, bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var: "Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq", - deyə İlham Əliyev vurğulayıb.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev: “İmkan vermərik burada xainlər meydan oxusunlar”

İlham Əliyev: “İmkan vermərik burada xainlər meydan oxusunlar”

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilm...

1069 Siyasət 22:35 08 sentyabr 2015

Son xəbərlər