Manatın ucuzlaşmasının səbəbi açıqlandı

Manatın ucuzlaşmasının səbəbi açıqlandı
İqtisadiyyat 3007

 

"Bu həftənin ilk 3 günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb. Belə ki, əgər Mərkəz Bank dolların manata kursunu avqustun 3-də 1.0493 müəyyənləşdirmişdirsə növbəti günlərdə rəsmi məzənnə 1.0495 və 1.0499 oldu. Amma manatın dollara nisbətən zəifləməsi heç də son günlər neftin qiymətinin aşağı düşməsi deyil, avronun dünya bazarında mövqelərinin sarsılması ilə bağlıdır".

BAKU.WS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov söyləyib. Mütəxəssis hesab edir ki, valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olur. İqtisadçı-alimin fikrincə, dollar nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib:

"Son 3 gündə dollara nisbətən dəyər itirən manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idisə növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1.1482 və 1.405 oldu. Buna görə də, manatın məzənnəsinin son günlərdəki azalmasını neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirməməlidir. Təbii ki, neftin dünya bazar qiyməti ölkəmiz üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da, əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq".

V.Bayramov hesab edir ki, avronun zəifləməsi davam etdiyi halda dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik vəd etmir.

Azad Əliyev 

BAKU.WS

Oxşar xəbərlər

Rəsmi məzənnə açıqlandı: Dollar yenə bahalaşdı

Rəsmi məzənnə açıqlandı: Dollar yenə bahalaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzl...

2475 İqtisadiyyat 09:52 05 avqust 2015

Son xəbərlər