Rəsmi məzənnə açıqlandı: Dollar yenə bahalaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1.1482-dən 1.1405-ə düşüb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Dollar 1.0495-manatdan 1.0499-a qədər yüksəlib. Rus rublunun məzənnəsində də bahalaşma qeydə alınıb. Rubl 0.0165-dən 0.0167-yə kimi yüksəlib.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyadan bizə gələn mallar ucuzlaşacaq
"Rusiya rublu yenidən dollara nisbətən ciddi dəyər itirməkdədir. Bu ilin əvvələrində "özünə gəlməyə” çalışan Şimal qonşumuzun milli valyutası cəmi 6 ay duruş gə...