Azərbaycanda dollar bahalaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1.1524-dən 1.1482-yə düşüb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Dollar 1.0493-manatdan 1.0495-ə yüksəlib. Rus rublunun məzənnəsində də düşüş qeydə alınıb. Rubl 0.0170-dən 0.0165-ə kimi azalıb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
BAKU.WS
Oxşar xəbərlər
Bəzi kredit təşkilatları bağlana bilər
"Mərkəzi Bankın komisyon haqlarının 1%-ə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib. Mər...