Neftin qiyməti xeyli ucuzlaşdı

Neftin qiyməti xeyli ucuzlaşdı
İqtisadiyyat 1362

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb. 

BAKU WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 1,40 dollar (2.89%) ucuzlaşıb. Ötən gün 1 bareli 48,21 dollar olan Texas neftinin bu günə qiyməti 47.12 dollar təşkil edir.

ICE London qitələrarası birjasında Brent markalı neftin də qiymətində də ucuzlaşma müşahidə edilib. Bu növ neftin 1 bareli 1,10 dollar (2,06%) ucuzlaşaraq 52,21 dollar təşkil edib. 

Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstanın defolta yaxınlaşması, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. 

Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə Brent markalı neftin qiyməti 55 dollardan da aşağı düşə bilər.

BAKU WS

Oxşar xəbərlər

Azərbaycanlı milyonçunun otelində akula insanlara hücum etdi (FOTO)

Azərbaycanlı milyonçunun otelində akula insanlara hücum etdi (FOTO)

Məşhur rus balerina Anastasiya Voloçkovanın Türkiyə istirahəti zamanı bədbəxt hadisə baş verib. BAKU.WS-in məlumatına görə, 39 yaşlı qadını dənizdə kiçik ölçü...

8422 Hadisə 17:57 31 iyul 2015

Son xəbərlər