Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Türkiyə Marqara sərhəd-keçid məntəqəsi istiqamətində ikinci körpünün tikintisini planlaşdırırlar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında ölkənin xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, hər iki tərəf sərhədin açılmasını real hesab edir. Bundan əlavə, Axurik (Qarakilsə) və Yerasx (Arazdəyən) istiqamətlərində dəmir yolu qovşaqlarının təmiri nəzərdə tutulur.
Ermənistanın baş naziri Nikol Paşinyan isə əlavə edib ki, sərhəd məsələləri ilə bağlı Azərbaycanla, körpünün və daha böyük gömrük məntəqəsinin tikintisi ilə bağlı İranla, buraxılış imkanlarının artırılması məsələsində isə Gürcüstanla danışıqlar aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. BAKU.WS xəbər verir ki, nüfuzlu qəz...