Hökumətdən büdcə qərarı: 2016-cı ildə neft 50 dollar olacaq
Ölkə iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir. Növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50,0 ABŞ dolları götürülüb.
BAKU.WS-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.
Beynəlxal Valyuta Fondu neftin qiymətinin (orta illik) 2015-ci il üçün 58,0 ABŞ dolları və 2016-cı il üçün 61,0 ABŞ dolları, Dünya Bankı müvafiq illər üzrə 58,0 ABŞ dolları və 63,0 ABŞ dolları, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EİA) isə 54,0 ABŞ dolları, 59,0 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi isə 1,05 manat qəbul edilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq
"Azərbaycan bazarında avtomobil benzinin qiyməti neftin 60-62 dollar/barel qiyməti əsasında hesablanıb. Azərbaycanda istehsal olunan Ai-92 markalı benzinin qiym...