Mərkəzi Bankdan devalvasiya açıqlaması

Mərkəzi Bankdan devalvasiya açıqlaması
İqtisadiyyat 4

 

"2015-ci ilin I yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında, qalan 11%-i isə digər valyutalarda aparılıb".

BAKU.WS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş növbəti nömrəsində qeyd edilib.    

Hesabat dövründə real effektiv məzənnə (qeyri-neft ticarət çəkili) 21% ucuzlaşıb. Bu əsasən nominal effektiv məzənnənin 19.4% ucuzlaşması hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir.

Hesabatda həmçinin bildirilir ki, son 6 aylıq dövrdə xarici valyutaya tələbin kəskin artması şəraitində Mərkəzi Bankın məzənnə siyasəti ölkənin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi və makroiqtisadi sabitliyin qorunması məqsədləri çərçivəsində həyata keçirilib. 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.3 dəfə artıb. I yarımillikdə valyuta bazarı üzrə dövriyyədəki artım əsasən I rübdəki proseslərlə əlaqədardır. Belə ki, ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi I rübdə 2.4 dəfə artmışdısa, II rübdə artım 1.6 dəfə olub. Hesabat dövründə banklar tərəfindən əhaliyə xalis satılan nağd xarici valyuta ABŞ dolları ilə 2 dəfə artıb.

Nağd xarici valyutaya tələbin artması da əsasən I rübdə baş verib. Belə ki, I yarımillikdə xalis satılan ABŞ dollarının 76%-i, Avronun isə 56%-i I rübdə satılıb. Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixində ABŞ dollarının manata qarşı məzənnəsinin 1.05 AZN səviyyəsində müəyyən edilməsi haqqında qərar verib.

Qərarın əsas məqsədi milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin

strateji dayanıqlığını təmin etmək olub. 

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Mərkəzi Bankdan vacib qərar

Mərkəzi Bankdan vacib qərar

Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş növbəti nömrəsi yayımlanıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata gör...

2132 İqtisadiyyat 17:45 11 avqust 2015

Son xəbərlər