Əhalinin gəlirləri açıqlandı: 23,6 milyard manat

Əhalinin gəlirləri açıqlandı: 23,6 milyard manat
İqtisadiyyat 1611

Bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatıb.

BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, əhalinin gəlirlərinin hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil edib.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub.

Bu dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. 

Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz artıb. 

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Mərkəzi Bankdan devalvasiya açıqlaması

Mərkəzi Bankdan devalvasiya açıqlaması

"2015-ci ilin I yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Valyuta bazarında əməliyyatların 89%-i ABŞ d...

4 İqtisadiyyat 18:12 11 avqust 2015

Son xəbərlər