Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı

Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı
Video
Digər 92

Paytaxtda fəaliyyət göstərən 166 saylı avtobusun istifadəyə yararsız olduğu halda sərnişin daşığıdığı bildirilib.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntü və məlumat daxil olub.

Qeyd edilib ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu istiqamətində hərəkət edən nəqliyyat vasitələri nasaz vəziyyətdədir.

Bu avtobuslardan mütəmadi olaraq istifadə edən sərnişinlər ötən gün yolda qalıblar.

Onların sözlərinə görə, nəqliyyat vasitəsi mənzil başına çatmadan tüstüləməyə başlayıb.

Nəticədə sərnişinlər avtobusdan enməli olublar.

Şikayətçilərin sözlərinə görə, bu marşrut xətti üzrə işləyən avtobsuların hamısı nasazdır.

Bəzilərində əyləc tutmur, bəziləri isə tez-tez xarab olduğundan xəttə çox az sayda avtobus buraxılır.

Belə olan halda vətəndaşlar yolda 40 dəqiqə və ya 1 saat avtobus gözləməli olurlar.

Sözügedən kadrları təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər