Nazir söz verdi: Maaşlar artacaq
2016 və 2017- ci illərdə neftin bir barelinin qiymətinin 50 dollar olması proqnozlaşdırılır.
BAKU.WS-in AzVision.az-a istinadla verdiyi məlumata görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Nazir bildirib ki, büdcə hazırlanarkən mövcud risklər qiymətləndirilib, neftin qiymətinin dəyişməsi prosesi təhlil edilib.
"Nəticədə qabaqlayıcı tədbirlərin görülməsi, riskləri nəzərə alan tədbirlər seçilməklə büdcə hazırlanıb. Beynəlxalq Valyuta Fondu ilin sonuna kimi Azərbaycanın iqtisadi inkişaf artımını 4 faizə qədər artıb. Həmçinin ölkədə qeyri-neft sektounun inkişafı imkan verir ki, ölkənin ümumilikdə iqtisadi inkişafı dayanıqlığını qoruyub saxlaya bilsin”.
Nazirin sözlərinə görə, gələn ildən yoxlamaların azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri sürətləndiriləcək, sosial proqramın icrası təmin ediləcək və orta aylıq əmək haqqı artaraq 474 manat, yaşayış minimumu 136 manat, inflyasiya 3,3% təşkil edəcək.
Ş.Mustafayev bildirib ki, gələn il ölkədə yeni istehsal sahələrinin yaranması diqqət mərkəzində saxlanalıcaq. O qeyd edib ki, gələn il neft sektorunun 1,7% azalması, qeyri-neft sektorunun isə artımı proqnozlaşdırılır.
"Qeyri-neft sektorunun ÜDM-də payı 71%-ə çatdırılacaq. Qeyri-neft sektorunun aqrar sektorunda gələn il 5,5% artım, növbəti illərdə 5,2% artım proqnozlaşdırılır. Gələn il xidmət sektorunda 4,8%, növbəti illərdə 5,1% artım nəzərdə tutulub. Turizm sektorunun 2016 -2019-cu illərdə 12,5% artacağı proqnozalaşdırılır. Nəqliyyat sektorunda iri infrastruktur layihələrini həyata keriçirilməsi davam etdiriləcək. Gələn il nəqliyyat sektorunda 3% növbəti 3 ildə 4,3% artım proqnozlaşdırılır. Tikinti sektorunun 4,6% azalması nəzərdə tutulur”.
Nazir çıxışında vurğulayıb ki, 2016-cı ildə Azərbaycana 18,8 mlrd. manat həcmində investisiya yatırılacaq.
Ş.Mustafayevin fikrincə, gələn il Azərbaycanın neft sektoruna 8 mlrd. manat, qeyri-neft sektoruna isə 10,8 mlrd. manat investisiyanın yatırılacağı gözlənilir.
BAKU.WSOxşar xəbərlər
İlham Əliyev: "Sahibkarlar vergiləri vaxtında ödəməlidir"
"Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlətimizin başçısı bildirdi ki, prioritet təşkil etməyən l...