Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük güclərin müqaviməti fonunda Azərbaycanın qazandığı zəfərlər dünyada yeni presedent yaradıb.
BAKU.WS xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.
"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə qazanılan Tarixi Zəfərimizin 6-cı ildönümünü böyük qürurla qeyd edirik", - o bildirib.
Paylaşımda qeyd olunub ki, Şuşanın azadlığı ilə zirvəyə çatan Qələbə suverenliyin tam bərpası ilə tamamlanıb: "Böyük güclərin müqaviməti fonunda qazanılan bu zəfərlər dünyada yeni presedent yaratdı, xalqımızın iradəsini və dövlətimizin qüdrətini nümayiş etdirdi.
Zəfər Günümüz mübarək!".
🇦🇿 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi ilə qazanılan Tarixi Zəfərimizin 6-cı ildönümünü böyük qürurla qeyd edirik. Şuşanın azadlığı ilə zirvəyə çatan Qələbəmiz suverenliyimizin tam bərpası ilə tamamlandı. Böyük güclərin müqaviməti fonunda qazanılan bu zəfərlər dünyada yeni presedent yaratdı, xalqımızın iradəsini və dövlətimizin qüdrətini nümayiş etdirdi. Zəfər Günümüz mübarək! #Azərbaycan #8Noyabr #ZəfərGünü
— Parviz Shahbazov (@ParvizShahbazov) November 8, 2026
Oxşar xəbərlər
8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
Noyabrın 8 – təkcə təqvimdəki bir tarix deyil, xalqın illərlə qəlbində daşıdığı arzunun gerçəkliyə çevrildiyi gündür. Bu gün hər bir azərbaycanlının sinəsində q...