Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Azərbaycanın Gürcüstandakı hərbi attaşesi Arzu Həsənov və digər şəxslər 8 Noyabr - Zəfər Günü münasibətilə Rustavi şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, ziyarət zamanı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və milli birlik siyasətinin davamı olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə ərazi bütövlüyünü bərpa edib.
Qalereya
Oxşar xəbərlər
Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". BAKU.WS xəbər verir ki, bu fikirləri Ox...