Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir

Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir
Foto
Siyasət 52

Zəfər Günü Azərbaycan xalqının birliyinin, milli iradəsinin və qəhrəmanlığının təntənəsidir.

BAKU.WS xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində tarixi ədalət bərpa olundu, torpaqlarımız işğaldan azad edildi.

Bu qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Zəfər Günümüz mübarək!" – o yazıb.

Son xəbərlər