Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir.
Prezidenti Atatürk Hava Limanından Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İstanbul valisi Davut Gül yola salıblar.
Səfərdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Parti sədrinin müavini Kürşad Zorlu və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da müşayiət edirlər.
Türkiyə Prezidenti Zəfər Günü münasibətilə keçiriləcək hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iştirak edəcək.
Səfər çərçivəsində iki dövlət başçısı arasında təkbətək görüş də keçiriləcək.
Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətləri, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. BAKU.WS xəbər verir ki, bu barədə...