Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib
Foto
Siyasət 44

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib.

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığınız səmimi təbriklərə görə təşəkkür edirəm.

8 noyabr torpaqlarımızın azad edilməsini və təxminən otuz illik işğalın sona çatmasını qeyd edən, xalqımız üçün əlamətdar bir gündür.

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız bizim daimi dostluğumuzun və qardaşlığımızın daha bir sübutu idi", - paylaşımda deyilir.

Son xəbərlər