249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 249 saylı körpələr evi-uşaq bağçası ilə bağlı iddialar səsləndirilib.
Şikayətçi Elnarə Rzayeva bildirir ki, müəssisədə faktiki olaraq işə gəlməyən şəxslər rəsmi şəkildə işçi kimi qeydiyyata alınıb.
Hətta ölkəni tərk etmiş şəxsin adına əməkhaqqı hesablanaraq mənimsənilib.
"Xətai rayonunda yerləşən 249 saylı bağçada 11 il tərbiyəçi vəzifəsində çalışmışam. İşlədiyim müddətdə burada çoxsaylı özbaşınalıqlarla rastlaşmışam. Dəfələrlə şikayət etsəm də, heç bir nəticəsi olmayıb. Burada adı işçilər siyahısında olan, lakin faktiki olaraq işə gəlməyən şəxslər var. Onlardan biri xaricdə yaşadığı müddətdə adına əməkhaqqı hesablanıb və həmin vəsait müdir tərəfindən mənimsənilib. Müdirimiz Qırqovul Məhərrəm qızı Fərəcova dövlət bağçasına şəxsi mülkü kimi yanaşıb, müxtəlif özbaşınalıqlara yol verib. Uşaqlar üçün ayrılan dövlət vəsaitlərini, ərzaqları satıb, bağçaya məxsus əşyaları mənimsəyib. O, qızını, həyat yoldaşını, bacılarını və gəlinini də burada işçi kimi rəsmiləşdirib. Halbuki onların heç biri faktiki olaraq işə gəlməyib və çalışmayıb. Adlarına əməkhaqqı kartları açılıb. Həmin kartlardakı vəsaitləri də müdir mənimsəyib", - deyə şikayətçi bildirib.
Baku TV məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. Bağça rəhbərliyi isə səsləndirilən iddiaların əsassız olduğunu bildirib.
Oxşar xəbərlər
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək komm...