“London taksiləri"ndə gedişhaqqı bahalaşdı

“London taksilərində gedişhaqqı bahalaşdı
Sosial 1674

Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşdırılıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna görə fərqlənir. Əgər əvvəllər "London taksisi"nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır. Sərnişin 3 manat ödəməklə "London taksisi”lə 3 kilometrədək gedə bilər. Bu məsafəni qət etdikdən sonra isə sərnişin ödənişi adi qaydada, 10 kilometr üçün 70, sonrakı 10 km üçün 40 qəpik ödəməli olacaq. BAKU.WS-ə bildirilib ki,  bu həm sərnişinlərə daha rahat və komfortlu xidmət göstərilməsi, həm də "London taksiləri"nə çəkilən xərci ödəmək üçün əlverişlidir. Həmin taksilər Bakı-Taksi-Xidmətinə aiddir.

"Əgər əvvəllər taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3 manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər. Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də gətiriləcək”, - deyə bildirilib. Ziya Səccad BAKU.WS  

Oxşar xəbərlər

AZAL-dan Qurban endirimləri

AZAL-dan Qurban endirimləri

"Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. AZAL-dan BAKU.WS-ə ve...

1492 Sosial 10:26 23 sentyabr 2015

Son xəbərlər