AZAL-dan Qurban endirimləri

AZAL-dan Qurban endirimləri
Sosial 1491

"Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək. AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Sərnişinlər aviabiletləri sərfəli qiymətlə aşağıdakı istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər: Bakı-London-Bakı "gediş-dönüş" - cəmi 329 avro; London-Bakı-London "gediş-dönüş" - cəmi 269 funt sterlinq;         Bakı-Milan-Bakı/Milan-Bakı-Milan "gediş-dönüş" - cəmi 329 avro; Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma "gediş-dönüş" - cəmi 339 avro; Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin "gediş-dönüş" - cəmi 319 avro; Bakı-Paris-Bakı/Paris-Bakı-Paris "gediş-dönüş" - cəmi 359 avro; Bakı-Nyu-York-Bakı "gediş-dönüş" - cəmi 499 avro; Nyu-York-Bakı-Nyu-York "gediş-dönüş" - cəmi 559 ABŞ dolları; Bakı-Praqa-Bakı "gediş-dönüş" - cəmi 329 avro; Praqa- Bakı-Praqa "gediş-dönüş" - cəmi 379 ABŞ dolları; Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün AZAL-ın Çağırış Mərkəzinə müraciət edə bilərsiniz: +(99412) 598-88-80 *8880 e-mail: [email protected] və ya Sizin şəhərinizdə yerləşən AZAL satış ofislərinə müraciət edə bilərsiniz. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıdan Moskvaya uçmaq 99 avroya oldu!

Bakıdan Moskvaya uçmaq 99 avroya oldu!

"Azərbaycan Hava Yolları” (AZAL) 2015-ci il oktyabrın 25-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır. BAKU.WS-in məlum...

1407 Sosial 17:56 22 sentyabr 2015

Son xəbərlər