Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi (CƏDVƏL)

Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi (CƏDVƏL)
Sosial 4162

Bakı-Sumqayıt elektrik qatarları üçün tariflər müəyyənləşdirilib.

Azərbaycan Tarif (qiymət) Şurasından BAKU.WS-ə verilən məlumata görə, Şuranın bu gün keçirilmiş iclasında "Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək. Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşutu üzrə hərəkət edəcək.

Qatarlar Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından isə 06:40, 07:10, 07:55, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşəcək.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatarlarına biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.

Bakı-Sumqayıt marhrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü "Stadler Rail Group» şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

İki mərtəbəli qatarlar 3 gün pulsuz olacaq (FOTO)

İki mərtəbəli qatarlar 3 gün pulsuz olacaq (FOTO)

Bakı-Sumqayıt sərnişin qatarına bilet alışının qaydaları açıqlanıb. BAKU.WS məlumat verir ki, "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehs...

1772 İqtisadiyyat 18:41 12 sentyabr 2015

Son xəbərlər