İki mərtəbəli qatarlar 3 gün pulsuz olacaq (FOTO)
Bakı-Sumqayıt sərnişin qatarına bilet alışının qaydaları açıqlanıb.
BAKU.WS məlumat verir ki, "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarı artıq sərnişinlərin istifadəsinə verilib.
Azərbaycan Dəmir Yolları QSC-nin İnformasiya və Kommunikasiya texnologiyaları şöbəsinin rəisi Samir Qənimi BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakı-Sumqayıt qatarına biletlərin alışı bir neçə yolla həyata keçiriləcək:
"Bildiyiniz kimi bu gün Bakı-Sumqayıt sürətli qatarının layihəsinin cənab prezidentin iştirakı ilə açılış mərasimi keçirildi. Qatarlara biletlərin alışı stansiyada quraşdırılmış bilet satışı terminalları vasitəsilə həyata keçiriləcək. Terminallardan bilet almaq istəməyən sərnişinlər stansiyada yerləşən kassalara yaxınlaşaraq əldə edə biləcəklər. İlk üç gün vətəndaşlar qatarlardan pulsuz istifadə edəcək" - deyə İKT sədri bildirib.
Samir Qənimi BakıKartla da əməkdaşlıq edəcəklərini deyib: "Artıq "BakıKart"la texniki əməkdaşlıq mərhələsindəyik. Yaxın vaxtlarda "BakıKart"ı da sistemimizə inteqrasiya etdirəcəyik. Metro və avtobuslarda istifadə olunan "BakıKart" Bakı-Sumqayıt sərnişin qatarında da istifadə olunacaq" - deyə Samir Qənimi söyləyib.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
İki mərtəbəli Bakı-Sumqayıt qatarı xəttə çıxdı (FOTO)
Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. BAKU...