Bakıda 45 yaşlı kişi axtarılır (FOTO)
Bakıda 49 yaşlı kişi itib. İtkin düşən şəxsin qardaşı oğlu Elvin Şahverdiyevin BAKU.WS-ə verdiyi məlumata görə, əmisi 1965-ci il təvəllüdlü Taleh Qəhrəman oğlu Şahverdiyev sentyabr ayının 20-də Bakının Sabunçu rayonu ərazisində itkin düşüb. "Əmim Şahverdiyev Taleh 2-ci qrup əlildir. Beyin atrofiyasından, qıcolmadan əziyyət çəkir. Sentyabr ayının 20-də gəzmək adıyla evdən çıxıb. Həmin gün qıcolma ilə təcili tibbi yardım vasitəsilə Sabunçu xəstəxanasına yerləşdirilib. Bir müddət sonra özünə gələrək evinə qayıtmaq istədiyini bildirərək oranı tərk edib (xəstəxanadan çıxma vaxtı 17:00 20.09.2015)", - deyə Elvin Şahverdiyev bildirib. İtkin düşən şəxsin sonuncu dəfə Sabunçu rayon 12-ci polis bölməsi ərazisində (Sabunçu xəstəxanası) göründüyü bildirilir. Onun üzərində qara şalvar və göy qısaqol köynək olub. "Əmim yaddaş pozğunluğundan əziyyət çəkir. Bu səbəbdən yaşadığı ünvanı tapmaqda çətinlik çəkir. Əmimi tapmaqda kömək etməyinizi xahiş edirəm", - deyə Elvin Şahverdiyev vurğulayıb. Bu şəxs barəsində hər hansı bir məlumatı olan şəxslərdən (055) 207-80-03, (055) 207-70-55 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda 20 yaşlı qız hər kəsi ayağa qaldırdı
Bakıda 20 yaşlı qız itkin düşüb. BAKU.WS-in məlumatına görə, bu barədə Sabunçu rayon Polis İdarəsindən APA-ya bildiriblər. Verilən məlumata görə, Maştağa qəs...