Zaqatala meşələrində azan kişi möcüzəvi şəkildə sağ qaldı
Zaqatala rayonu ərazisində itkin düşən yaşlı kişi 9 gün sonra tapılıb.
BAKU.WS məlumat verir ki, 28 avqust tarixində itkin düşən Bakı sakini Şamil Əliyev uzun axtarışlardan sonra tapılaraq ailəsinə təhvil verilib.
68 yaşlı kişi Bakıdan qohumlarını görmək üçün Zaqatala rayonuna gedib. Kişi Zaqatala rayonunda Şamilovka adlanan ərazisində 13 gün çobanlarla qaldıqdan sonra Mazıx kəndinə yola düşüb. Yolu yaxşı tanımadığı üçün dağlıq-meşəlik ərazidə azıb.
9 gün ərzində dağda qalan Ş.Əliyev möcüzəvi şəkildə sağ qalıb. O, bu müddətdə ancaq fındıq və su ilə qidalandığını bildirib. Ac qaldığı üçün zəifləyən Ş.Əliyev hazırda Zaqatala rayonunda bacısının evində müalicə olunur.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Bakıda evdən qaçmış qız tapıldı
Bakıda evdən qaçmış qız tapılaraq ailəsinə təhvil verilib. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon ər...